...

İşğaldan azad edilən ərazilərdə yeni sənaye iqtisadi zonaları yaradılacaq - Sevinc Həsənova

İqtisadiyyat Digər xəbərlər 23 Noyabr 2021 22:23
Bakı TurkicWorld Aytac Aliyeva
İşğaldan azad edilən ərazilərdə yeni sənaye iqtisadi zonaları yaradılacaq - Sevinc Həsənova

İşğaldan azad edilən ərazilərdə yeni sənaye iqtisadi zonaları yaradılacaq.

TurkicWorld-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqları ilə artıq yeni sənaye iqtisadi zonaları yaradılır. O cümlədən, bu, işğaldan azad edilən ərazilərimizə də şamil olunur.

“Bu sənaye zonalarının səmərəli işləməsi Azərbaycanın sənaye sahəsinə və qeyri-neft sektoru ixracına öz töhfəsini verir” - deyə, nazir müavini bildirib.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti