Azərbaycanın bank sektorunun aktivləri 9.1% artıb

Azərbaycanın bank sektorunun aktivləri 9.1% artıb

31 oktyabr 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 34,963.6 mln. manat, cəmi öhdəlikləri 30,028.8 mln. manat, balans kapitalı 4,934.8 mln. manat olmuşdur.

TurkicWorld xəbər verir ki, Mərkəzi Bankın hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, İlin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 9.1%, 9.8% və 5% artmışdır. Cəmi aktivlərin 46%-i kredit portfelindən ibarətdir.

Dövr ərzində fəaliyyət göstərən 26 bankın filiallarının sayı 473, şöbələrinin sayı 97, ATM-lərin sayı 2870 olmuşdur. Bank sektorunda çalışan işçilərin sayında artım trendi oktyabr ayında da davam etmişdir. Oktyabr ayında işçi sayında 1.8% artım olmuşdur. İlin əvvəlindən işçi sayı 6% (1127 nəfər) artaraq 19835 nəfər təşkil etmişdir.