Bakı. TurkicWorld:
Türkiyə 2024-cü ilin yanvar ayında Gürcüstana polad məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,1 faiz artıraraq 15,7 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
Aytac Süleymanova
Twitter: a_alieva_