2023-cü ildə Şimali Kiprin Türkiyədən avtomobil sənayesi məhsulları idxalının həcmi açıqlanıb (ÖZƏL)

2023-cü ildə Şimali Kiprin Türkiyədən avtomobil sənayesi məhsulları idxalının həcmi açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Şimali Kipr Türk Respublikasına avtomobil sənayesi məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz artıraraq 40,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, 2023-cü ilin dekabr ayında Türkiyə Şimali Kipr Türk Respublikasına avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 20 faiz azaldaraq 3,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

X: Lamanasadli01