...

BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır

İqtisadiyyat Digər xəbərlər 19 Oktyabr 2021 19:52
TurkicWorld Aytac Aliyeva
BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ilin yekunlarına əsasən Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 23,5 faiz artımını proqnozlaşdırır.

TurkicWorld bu barədə BVF-nin hesabatına istinadən məlumat verir. Bu il Azərbaycadan ÜDM-in 52,6 milyard dollara bərabər olacağı gözlənilir.

2022-ci ildə Azərbaycan iqtisadiyyatının 54,7 milyard dollara çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, BVF bir müddət əvvəl 2021-ci ildə Azərbaycanın tədiyə balansının profisitinin 7,8 faiz, 2022-ci ildə 7,7 faiz təşkil edəcəyini bildirmişdi. Əvvəlki proqnozda bu göstəricilər müvafiq olaraq 1,1 və 0,5 faiz səviyyəsində idi. 2026-cı ildə tədiyə balansının profisiti 4,3 səviyyəsində proqnozlaşdırılır.

Məqalədə:
REKLAM
Xəbərlər

Xəbər lenti