Yanvar-sentyabr aylarında Hollandiyadan Türk limanlarına 4 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yanvar-sentyabr aylarında Hollandiyadan Türk limanlarına 4 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-sentyabr aylarında Hollandiyadan Türk limanlarına 4 milyon 207 min 299 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hollandiyadan limanlara 59 min 654 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 944 min 880 ton yük çatdırıb.

Bu müddət ərzində Hollandiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 202 min 765 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Hollandiyadan 492 min 700 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.

Bundan əlavə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.

Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton transit yük daşınıb.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01