“Yanar dağ” yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salındı

“Yanar dağ” yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salındı

Bakı. TurkicWorld:

“Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edilib.

TurkicWorld xəbər verir ki, bununla bağlı müvafiq qərarə Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” və XVII-XVIII əsrlərə aid Məhəmmədli kəndində yerləşən Əli daşı türbəsi əlavə edilib.