Cavanşir Quliyev bu gün əməliyyat olunacaq

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq

Bakı. TurkicWorld:

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bu gün əməliyyat olunacaq.

Bu barədə TurkicWorld-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib və xəstəxanaya yerləşdirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir