Son dəqiqə

COP29

COP for Hope: COP29-dan gözləntilərimiz maliyyələşdirmə ilə bağlı razılıqların əldə edilməsidir - Norveçli komissiya sədri

Bakı. TurkicWorld:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Norveçin Enerji və Ətraf Mühit üzrə Daimi Komissiyasının sədri İnvild Kyerkoldur.

İ.Kreykol Trend-ə açıqlamasında bildirib ki, vaxtında əldə edilmiş razılıq emissiyaları azaltmaq üçün işləri olduqca asanlaşdıra və maliyyə xərclərini nisbətən azalda bilər.

O, COP29-dan gözləntilərini bölüşüb:

"Bizim COP29-dan gözləntilərimiz dünyada karbon (CO2) emissiyalarının azaldılması üçün maliyyələşdirmə ilə bağlı razılıqların əldə edilməsidir. Ümid edirik ki, danışıqların sonunda bizim müəyyən edilə bilən hədəfimizə nail olunacaq. Zamanımızı məhz bunun üçün sərf edirik.

Ümid edirəm ki, danışıqların sonunda üzv dövlətlər razılığa gələ biləcəklər. Vaxtında əldə edilmiş razılıq emissiyaları azaltmaq üçün işləri olduqca asanlaşdıra və maliyyə xərclərini nisbətən azalda bilər. Bizim
əsas hədəfimiz də elə budur".

"Dünən və bu gün vaxtımızı burada, məkanda keçirdik. Amma sabah biz Nobel qardaşları muzeyinə, həmçinin, neft muzeyinə baş çəkəcəyik. Beləliklə, biz səbirsizliklə gözlədiyimiz şəhəri bir az daha da yaxından tanıma və görmə imkanı qazanacağıq", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər